12:35 29-02-2012
news_image
1010
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatı üçün millimizin heyəti dəqiqləşdi

Qadın şahmatçılar arasından Avropa çempionatına yollanacaq Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Türkiyənin Qaziantəp şəhərində baş tutacaq qitənin ən möhtəşəm yarışında ölkəmizin idman şərəfini 13 zəka sahibi qoruyacaq.

Belə ki, heyətdə Xəyalə Abdulla (2227), Turan Əsgərova (1932), Ülviyyə Fətəliyeva (2141), Səmayə Həmidova (1669), Səbinə İbrahimova (2070), Xəyalə İsgəndərova (2178), Nərmin Kazımova (2252), Gülnar Məmmədova (2294), Zeynəb Məmmədyarova (2318), Türkan Məmmədyarova (2262), Günay Məmmədzadə (1879), Nərmin Soyunlu (1816) və Nərgiz Umudova (2202) yer alıblar.

Qeyd edək ki, martın 2-də start götürəcək çempionat martın 13-dək davam edəcək.