14:53 02-03-2012
news_image

Hindistan yığması Bakıya gələcək

Martın 6-da Bakıda sayca 5-ci “Böyük İpək Yolu” boks turnirinə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ənənəvi yarışda Azərbaycan idmançıları ilə yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova və Qatar komandalarının iştirak etməsi gözlənilir.

Yığmamız yarışda geniş tərkibli heyətlə mübarizə aparacaq. Belə ki, millimizin 1-ci və 2-ci nömrələri ilə yanaşı, gənclər arasında ölkə birinciliyində fərqlənmiş bəzi boksçular da rinqə çıxacaqlar.

Martın 9-a kimi davam edəcək turnirdə London Olimpiadasına lisenziya qazanmış dəri əlcək ustalarımız da güclərini sınayacaqlar. Apreldə Trabzonda keçiriləcək Olimpiya oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinə yollanacaq heyət məhz “Böyük İpək Yolu” yarışından sonra məlum olacaq. Yarış “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.