00:01 08-03-2012
news_image

Ən azından 4:1 hesablı qələbə...

Martın 10-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin cavab matçı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, həmin gün təmsilçimiz “Baku Fires” Hindistanın “Venky’s Mumbai Fighters” klubu ilə qarşılaşacaq.

İlk döyüşdə asiyalılar üstün (3:2) olduğundan, növbəti mərhələyə çıxmaq üçün boksçularımıza ən azından 4:1 hesablı qələbə lazımdır. “Baku Fires” 3:2 hesabı ilə qalib gələrsə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək boksçular qarşılaşacaq. Artıq komandaların heyətləri məlumdur.

54 kq. Мəhəmməd Qurbanov (Rusiya) – İvan İlnitskiy (Ukrayna)
61 kq. İsa İsayev (Azərbaycan) – Divakar Prasad (Hindistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Konstantin Sniqur (İzrail)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Leonid Çernobayev (Belarus)
+91 kq. Denis Poyatsıka (Ukrayna) – Pol Kun (ABŞ)
Əlavə döyüş. 85 kq. Teymur Məmmədov (Azərbaycan) – Jasvir Sinqx (Hindistan)

Qeyd edək ki, bu cütlüyün qalibi yarımfinalda Paris United - Dolce & Gabbana Milano Thunder cütlüyünün qalibi ilə qarşılaşacaq. Fransada keçirilmiş ilk matç 3:2 hesabı ilə parislilərin xeyrinə başa çatıb.