00:17 08-03-2012
news_image
1227
DÖYÜŞ NÖVLƏRİ

Güləşçimiz Avropa çempionu oldu

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü idmançılarımız üçün uğursuz alınıb.

Belə ki, mübarizə meydanına çıxmış sərbəst güləşçilər - Emin Əzizov (66 kq) ilə Novruz Temrezov (96 kq) və qadın pəhləvan Marziget Baqomedova mükafatçılar sırasına düşməyiblər. Onlardan Novruz fərqlənib ki, o da yekunda 5-ci yer tutub.

60 kq-da güləşən Toğrul Əsgərov Türkiyə, Gürcüstan və Rumıniyadan olan həmkarı üstələyərək, finala adlayıb. Həlledici görüşdə gənc bahadırımız bolqarıstanlı Anatoli Quydeanı məğlub edib (5:0, 2:5, 5:1).

Digər sərbəst güləşçimiz Qalib Əliyev (55) uğursuz nəticə göstərib. Qadınların mübarizəsində Fatimə Baqomedova (51 kq) 5-ci yerə çıxıb. Titullu idmançımız Sona Əhmədli (59 kq) komandamızı medalsız qoymayıb. Bürünc mükafat uğrunda görüşdə qitə çempionu belaruslu Nadejda Mixalkovanı üstələyib (6:0, 3:3).