10:03 11-03-2012
news_image
879
DİGƏR NÖVLƏR

Dünya kubokunda faciə

Fristayl üzrə dünya kubokunun İsveçrədə keçirilən növbəti mərhələsi faciə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, xorvat əsilli kanadalı Nik Zoriçiç yarış zamanı aldığı ağır zədədən dünyasını dəyişib. Skay-kross zamanı son maneəni keçəndə yıxılan idmançı sürüşərək yarış xəttini ayıran çəpərə çırpılıb. Reanimasion yardım da ona kömək etməyib. Onun ölümündən sona təşkilatçılar final yürüşlərinin hamısını təxirə salıb.