11:41 11-03-2012
news_image

Sərbəst güləşçilərimiz Avropa çempionatından 4 medalla qayıdırlar

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Avropa çempionatında 4 yarış günü arxada qalıb. Apasport.az saytının xəbərinə görə, bu müddət sərbəst güləş üzrə kişi və qadınların gərgin mübarizəsi ilə yadda qalıb.

İlk 4 günün qısa xülasəsinə nəzər salsaq görürük ki, güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə ediblər. Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov qazandırıb. Bürünc medallar isə müvafiq olaraq, Aleksandr Qostiyev (74 kq), Sona Əhmədli (59 kq) və Nadya Sementsovanın (67 kq) payına düşür.