12:02 12-03-2012
news_image
730
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz ABŞ-a yollanır

ABŞ-ın Tukson şəhərində keçiriləcək stend atıcılığı üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, martın 23-dən aprelin 1-dək davam edəcək yarışda baş məşqçi Hafiz Cəfərov 3 idmançıya şans verəcək.

Bunlar Olimpiya çempionumuz Zemfira Meftahəddinova, Elvin İsmayılov və Emin Cəfərovdur.

Qeyd edək ki, Dünya Kubokunda 42 ölkədən 256 snayper mübarizə aparacaq.