13:21 12-03-2012
news_image
1627
STOLÜSTÜ OYUNLAR

“Onun SOCAR-da oynayıb-oynamayacağı müzakirə mövzusuna çevrilib”

“SOCAR klubunun yekun heyəti apreldə müəyyənləşəcək. Hələlik klublararası Avropa çempionatında Şəhriyar Məmmədyarov, Vesilin Topalov, Emil Sutovski, Qata Kamski və Eltac Səfərlinin oynayacaqları 100 faizdir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, iddiaçılarının turnirinin vaxtı tam dəqiqləşdikdən sonra digər iştirakçılar da müəyyənləşəcək: “Bildiyiniz kimi, Teymur Rəcəbov Londonda baş tutacaq iddiaçılar turnirinin təşkilatçısının nominantı kimi oynayacaq. Bu səbəbdən də onun SOCAR-da oynayıb-oynamayacağı müzakirə mövzusuna çevrilib. Onunla yanaşı, Aleksandr Qrişukun da çıxışı sual altına düşüb. O da iddiaçıların yarışına qatılacağından hələ yekun qərarını verməyib. Təbii ki, yarışlar vaxtı tam dəqiqləşdikdən sonra hər şey bilinəcək. Aprelə kimi isə bu tarix açıqlanacaq. Amma turnirlərin keçirilmə vaxtları yaxın olarsa, onlar məcburiyyətdən SOCAR-da oynaya bilməyəcəklər”.

Məmmədov bildirib ki, Rəcəbovla Qrişuk SOCAR-a kömək edə bilsələr 1, edə bilməsələr 3 şahmatçıya ehtiyac olacaq.

Qeyd edək ki, ötən il Avropa çempionatında ikinci olan SOCAR bu il çempionluğu hədəfləyib.