17:44 12-03-2012
news_image
1662
STOLÜSTÜ OYUNLAR

“İstənilən halda, Bolqarıstan Azərbaycana uduzacaqdı”

“İstənilən halda, Bolqarıstan Azərbaycana uduzacaqdı. Eşitdiyimə görə, onların sifariş ərizələrində böyük pullardan söhbət gedirdi. Bu səbəbdən də Bolqarıstan üçün burada mübahisə ediləsi heç nə yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu AGON şirkətinin rəhbəri Endryu Polson deyib.

Məşhur şirkət yaxın gələcəkdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında keçiriləcək dünya çempionatlarına sponsorluq edəcək. Məhz bu il Londonda baş tutacaq iddiaçıların görüşü də AGON-un maliyyə dəstəyi ilə təşkil ediləcək.

İngiltərə mətbuatına müsahibə verən Polson şahmat tacı uğrunda finalçını müəyyənləşdirəcək yarışa ev sahibliyi iddiasında olan Azərbaycanı necə üstələdiklərini açıqlayıb: “Yanvarın sonu iddiaçıların turniri üçün ərizələrin qəbulu başa çatanda 1 aydan artıq idi ki, FİDE-nin Prezident Şurası 1 turnir üçün ərizə vermək çərçivəsindən çox uzağa gedən təklifimi müzakirə edirdi. CNC şirkətinin də razılığı olmaq şərti ilə Şura yekdilliklə mənim təklifimi dəstəklədi. Dolayısı ilə Azərbaycanın təklifindən imtina edərək, onlar CNC şirkətinin razılığını almalı idi. FİDE-nin belə bir hüququ var. Müqaviləm fevralın 20-də imzalandı və Azərbaycanla Bolqarıstanın təklifləri isə rədd edildi”.

O bildirib ki, bütün tərəfləri razı salmaq üçün dərhal Azərbaycan və Bolqarıstanla danışıqlara başlayıb: “Onlara izah etməyə çalışdım ki, biz yarışı Londonda keçirə bilərik və bu halda turnir Bakıdakından nisbətən daha böyük ictimai əks-səda doğurar. Onlar da razılaşdılar. İndi biz onların bu yarışa necə dəstək verməsini və turnirdəki rolunu müzakirə edirik. Hələ heç nə tam həll olunmayıb”.

Qeyd edək ki, iddiaçıların turnirində Teymur Rəcəbov ev sahiblərinin nominantı kimi oynayacaq.