15:49 13-03-2012
news_image
792
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Astarada Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev martın 13-də Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti kompleksdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb.

Kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait var. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir. Kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlət başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.