Şahmatçılarımız ilk “üçlük”dən kənarda qaldılar
Daşkənddə şahmat üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini qoruyan Qədir Hüseynov və Rauf Məmmədov mükafatçılar sırasına düşə bilməyib.
Belə ki, 9 oyundan 6,5 xal toplayan Qədir 4-cü yeri tutub. Rauf da onunla eyni xal yığsa da əlavə göstəricilərə görə 8-ci olub.
Qeyd edək ki, 114 zəka sahibinin qatıldığı turnirin qalibi 7 xalla rusiyalı Maksim Turov olub.