00:05 16-03-2012
news_image
1000
DÖYÜŞ NÖVLƏRİ

İlk qaliblər bəlli oldu

Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi keçirilir. Apasport.az saytının xəbərinə görə, yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər qüvvələrini sınayıb. 108 pəhləvanın mübarizə apardığı yarış günündə 50 kq-da Ruslan Qasımov, 60 kq-da Ruhlan Məmmədov, 74 kq-da Elcan Usubzadə, 96 kq-da isə Hacı Şərifov çempion adını qazanıb.