Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər qüvvələrini sınayıb.
55 kq-da Pərviz İbrahimov, 66 kq-da Bəxtiyar İsrafilli, 84 kq-da Maqomedqadji Xatiyev, 120 kq-da isə Ali Maqomeddabirov çempion adını qazanıblar.
Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Bununla da gənclərin Azərbaycan birinciliyində sərbəst güləşçilərin yarışı başa çatıb.

17:54