12:21 18-03-2012
news_image
1263
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığmasının heyəti açıqlandı

Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək kişi şahmatçıların şəxsi Avropa çempionatına yollanacaq Azərbaycan milli komandasının heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 20-də start götürəcək yarışda ölkəmizin idman şərəfini 14 zəka sahibi qoruyacaq.

Bunlar Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Vüqar Rəsulov, Azər Mirzoyev, Namiq Quliyev, Cahangir Ağamirov, Kənan İzzət, Bəhruz Rzayev, Zaur Məmmədov, Asif Həsənov və Zaur Ocaqverdiyevdir.

Turnirə aprelin 1-də yekun vurulacaq.