16:04 19-03-2012
news_image
1072
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan Boks Federasiyası qərar verdi

2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçularından heç kim WSB (Ümumdünya Boks Seriyası) Liqasında iştirak etməyəcək. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.

A.Abiyev bildirib ki, ABF İcraiyyə Komitəsi belə bir qərar qəbul edib: “Federasiyamız qərara alıb ki, London olimpiadasına vəsiqə qazanmış boksçularımız yalnız Yay Olimpiya Oyunlarına hazırlaşmalıdırlar”.

Qeyd edək ki, “Baku Fires” klubunun rəhbərliyi London olimpiadasına lisenziya qazanmış boksçularımızdan Teymur Məmmədovla (91 kq) Məhəmmədrəsul Məcidovun (+91 kq) adını WSB Liqasına sifariş edib. Klub rəhbərliyi onların xidmətindən yarımfinal döyüşlərində yararlanmaq niyyətində idi.