00:21 20-03-2012
news_image
1501
STOLÜSTÜ OYUNLAR

Bu gün Avropa çempionatı başlayır

Bu gün Bolqarıstanın Plovdiv şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, həm də dünya kubokuna seçmə xarakteri daşıyan bu qitə çempionatında Azərbaycan şahmatçıları da iştirak edəcəklər.

Yarışda ölkəmizin şərəfini Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Vüqar Rəsulov, Vasif Durarbəyli, Orxan Abdulov, İzzət Kənan, Cahangir Ağarəhimov, Zaur Ocaqverdiyev və Namiq Quliyev qoruyacaq. Həmyerlilərimiz arasında Məmmədyarov (2752) reytinq göstəricisinə görə AÇ-2012-də yalnız italiyalı Fabiano Karuanadan (2767) geri qalır.

Məşqçi kimi isə ölkəmizi bu çempionatda ukraynalı mütəxəssis Vladimir Tukmakov təmsil edəcək. AÇ-2012-də ilk 22 yeri tutan şahmatçılar dünya kuboku uğrunda keçiriləcək turnirdə iştirak etmək hüququ qazanacaq.