05:23 24-03-2012
news_image
1041
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında türkiyəli hakimlər

Bu gün Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzinin örtülü manejində Atçılığın konkur növü üzrə Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, yarış 2 kateqoriya üzrə, 6-7 yaş arası və ondan böyük atlarla keçiriləcək.

Reqlamentə əsasən Azərbaycan çempionatında digər dövlətlərdən olan idmançılar da qüvvələrini sınaya biləcəklər (Türkiyə, Gürcüstan və Polşa). Bu səbəbdən də, ən yaxşı nəticə göstərmiş yerli idmançı birinci yeri tutmayacağı halda belə, Azərbaycan çempionu hesab olunacaq.

Martın 26-dək davam edəcək yarışlar hər gün saat 11-də başlayacaq. Konkur növü üzrə Azərbaycan çempionatını Türkiyə və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcəklər. Yarışda fərqlənəcək idmançılar pul mükafatı ilə yanaşı, Atçılığın Konkur növü üzrə dünya sıralaması üçün reytinq xalları da qazanacaqlar. (Ən yüksək - 30 xal)