05:28 24-03-2012
news_image
1174
DÖYÜŞ NÖVLƏRİ

“Kumirim Məhəmməd Əli deyil, xuliqanlardır”

Əfsanəvi boksçu Makl Tayson kumirinin bir idman dələduzu olduğunu etiraf edib. Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Maykl Tayson deyib ki, əvvəllər böyük boksçu olmağa iddia etməyib.

O bildirib k, boksla məşğul olmağa başlayan zaman əfsanəvi boksçu Məhəmməd Əli, yaxud Rey Leonard kimi olmağı bacarmayacağını dərk edib: “Mən onlar kimi fikrimi aydın ifadə edə bilmirəm, mənim nitqim qabadır. Mən Roberto Dyurana baxırdım ki, necə danışır, insanlara necə orta barmağını göstərir, dəlisovcasına danışır. Fikirləşdim ki, mən bu düşüncəsiz gəncə oxşayacam. Roberto Dyuranın Rey Leonardla döyüşü isə mənim boksçu olmağıma ilham verdi. Roberto Dyuran balerina kimi Rey Leonardın atom bombasına bənzəyən zərbələrindən qaçırdı. Bu, inanılmaz idi...”