12:24 24-03-2012
news_image
1228
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan milli komandasının aparıcı zəka sahiblərindən yalnız Teymur Rəcəbov (2784) mövqelərini qoruyub.

Belə ki, qrossmeysterimiz yenə 5-ci yerdə qərarlaşıb. Ondan fərqli, Şəhriyar Məmmədyarov (2739,4) 1, Vüqar Həşimov (2737,1) isə 2 pillə geriləyiblər. Onlar hazırda müvafiq olaraq, 14 və 16-cı yerdədirlər.

Qeyd edək ki, reytinq cədvəlinə yenə 2835 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İkinci yeri Levon Aronyan (Ermənistan, 2824,9), üçüncü yeri Vladimir Kramnik (Rusiya, 2801) tuturlar.