12:43 26-03-2012
news_image
811
DİGƏR NÖVLƏR

İlham Zəkiyevdən növbəti çempionluq

Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunun qalibləri müəyyənləşib. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışlarında iştirak edən Azərbaycan milli komandasının 4 üzvündən 3-ü vətənə medalla qayıdıb.

Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) Dünya Kubokunu çempion kimi başa vurub. Yalnız finalda uduzan Zakir Mislimov (90 kq) gümüş medala sahib olub. Millimizin digər üzvü - Ramin İbrahimov (60 kq) isə üçüncü yerlə kifayətlənib.