13:31 26-03-2012
news_image
981
DİGƏR NÖVLƏR

Kimberli Olimpiya çempionumuza gücünü göstərdi

ABŞ-ın Tukson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, aprelin 1-dək davam edəcək yarışa 3 idmançı ilə yollanan Azərbaycan milli komandasının ilk cəhdi uğursuz alınıb.

Belə ki, hədəf önünə çıxan Olimpiya çempionumuz Zemfira Meftahəddinova mükafatçılar sırasına düşə bilməyib. İlkin mərhələdə 68 xal toplayan təmsilçimiz 8-ci yerlə kifayətlənib. Kubokun qalibi isə 99 xalla Rode Kimberli (ABŞ) olub.

Qeyd edək ki, Hafiz Cəfərovun yetirmələrindən Elvin İsmayılov və Emin Cəfərov çıxışlarını davam etdirirlər.