“Novruz-2012” şahmat festivalının qalibləri bəlli oldu
Bakıda keçirilən “Novruz-2012” şahmat festivalına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 130-dan çox zəka sahibinin qatıldığı yarış 3 qrupda təşkil olunub.
ELO reytinqli sərbəst yarışda Müşfiq Əsgərov çempion adını qazanıb. Son – 7-ci turda ikinci pilləni Rəşad Zeynalova güzəştə gedən Şəhriyar Həsənov bürünc medallara sahib olub.
16 yaşlıların mübarizəsində Nicat Əliyev və FİDE ustası Abdulla Qədimbəyli hərəyə 4 xal toplayaraq, rəqiblərini qabaqlayıblar.
14 yaşlı uşaqlarda qalibi hakimlər əmsallarla təyin etməli olublar. 7 turdan sonra 6 xal toplamış sumqayıtlı Ceyhun Hüseynzadə və Bakı idmançısı, ustalığa namizəd Fərid Aslanovun əlavə göstəriciləri birincinin xeyrinə olub.
9 yaşlıların turnirində də baş mukafatı - Sumqayıt şahmatçısı qazanıb. Rahim Əliyev 6 xalla ən güclü olub.
Turnirin texniki nəticələri:
Açıq turnir:
1. Muşfiq Əsgərov, 2. Rəşad Zeynalov, 3. Şəhriyar Həsənov
U-14
Oğlanlar
1. Ceyhun Hüseynzadə 2. Fərid Aslanov 3. Nicat İsmayılov
Qızlar
1. Nərmin Kərimzadə 2. Aysu İsmailova 3. Nigar Mustafazadə
U-11
Oğlanlar
1. Qurban Bayramov 2. Rəvan Əliyev 3. Məhəmməd İsmayılov
Qızlar
1. Fidan Əlizadə 2. Aytac Heydərova 3. Leyla İbrahimli
U-9
Oğlanlar
1. Rahim Əliyev 2. Sədaqət Abbasova 3. Elmar Atakişiyev
Qızlar
1. Zeynəb İsmayılzadə 2. Mələk İsmayıl 3. Səbinə Rzalı