23:03 27-03-2012
news_image

Dünya Kubokunda uğursuzluq

Rusiyanın paytaxtı Moskvada keçirilən sambo üzrə Dünya Kubokunun mərhələ yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 7 idmançı ilə qatılan Azərbaycan yığması uğursuzluğa düçar olub.

Komandamızın heyətində heç bir samboçu mükafatçılar sırasında yer ala bilməyib.

Qeyd edək ki, komanda hesabında Rusiya yığması birinci olub. Yarışda isə 26 ölkənin 250-dən çox idmançısı qüvvəsini sınyayıb.