16:51 27-03-2012
news_image
690
DİGƏR NÖVLƏR

Cəfərov hədəfə düşmədi

ABŞ-ın Tukson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionumuz Zemfira Meftahəddinovanın ardından hədəf önünə çıxan Emin Cəfərov da ümidləri doğrultmayıb.

Kişilər arasında skit növündə 5 atışdan 119 xal toplayan yığmamızın lideri 21-ci yeri tutub. Yarışın qalibi adını 150 xalla yunanıstanlı Eftzimios Mitas qazanıb.

Qeyd edək ki, Meftahəddinova Dünya Kubokunda 8-ci olmuşdu. Aprelin 1-dək davam edəcək yarışın növbəti günlərində isə mübarizəyə digər həmyerlimiz Elvin İsmayılov (trap növündə) qoşulacaq.