10:36 28-03-2012
news_image

Yığmamız üçün dəyişməyən reytinq

Beynəlxalq Cüdo Federasiyası aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan milli komandasının aparıcı cüdoçularının mövqelərində dəyişiklik olmayıb.

Belə ki, İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımovun (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) nə geriləyib, nə də irəliləyiblər. Onlar son siyahıda olduğu kimi yenə müvafiq olaraq, 10-cu, 14-cü, 3-cü, 26-cı, 12, 36-cı, 13-ci və 15-ci pillələrdədirlər.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.