10:52 28-03-2012
news_image
1457
STOLÜSTÜ OYUNLAR

“Onun ardıcıl 6 oyun qalib gəlmədiyi vaxtlar çox olmayıb” MÜSAHİBƏ

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vladimir Tukmakov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionu Plovdivdə davam edən Avropa çempionatında həmyerlilərimizin çıxışına münasibət bildirib və yığmamızın lideri Şəhriyar Məmmədyarovun 6 turdan sonra, 7-ci oyun günündə ilk qələbəsini qazanmasının səbəblərini açıqlayıb.

- İlk növbədə onu soruşmaq istəyirik ki, Plovdivə gəlişinizin səbəbi nədir?
- Demək olar ki, Azərbaycan şahmatçılarının kuratoruyam. Əlbəttə, ilk növbədə yığmaya namizədlərin, həmçinin digərlərinə də birbaşa nəzarət edirəm. Çünki onlar burada 10 nəfərə yaxındırlar.

- Bu sualı çoxları verir: Şəhriyar Məmmədyarova nə olub? O, 7-ci turda ilk qələbəsini qazanıb...
- Ümid edirəm ki, Şəhriyarın qazandığı qələbə turnirin 2 yarısını bir-birindən ayıran sədd olacaq. Bir gün öncə istirahət günü idi. Elə fikirləşmirəm ki, onun ardıcıl 6 oyun qalib gəlmədiyi vaxtlar çox olmayıb. Hər şahmatçının, hətta ən istedadlı, ən güclü oyunçunun həyatında bir növ durğunluq yaranan vaxtlar olur. Bu zaman hər ustalığa namizəd (burada Avropa çempionatındakı rəqiblər nəzərdə tutulur) birdən-birə qrossmeyster kimi oynamağa başlayır. Bu mənim subyektiv fikrimdir. Sonradan isə bu an möcüzəvi şəkildə keçir, pis vəziyyət aradan qalxır və daha xoş hal yaranır ki, qrossmeysterlər ustalığa namizədlər kimi oynamağa başlayır. Buna görə də, ümid edirəm ki, Şəhriyarın ilk qələbəsi onun uğurlu finişi üçün stimul olacaq.

- Məlumdur ki, istirahət gününü düzgün keçirmək çox böyük bir bacarıq tələb edir. Bu cür vəziyyətdə buna xüsusi bir ehtiyac var idi. Siz Şəhriyarın istirahət günündə iştirak etdinizmi?
- Xeyr, onun istirahətinə qarışmamışam. Yenə də tez-tez deyirlər ki, şahmat xüsusilə, nəticə ilə ölçülən incəsənətdir. İstirahət gününü necə gözəl keçirirsənsə, keçir sonra uduzursansa, bütün bu istirahət mənasını itirir. Bu sadə fikri davam edərək demək olar ki, Şəhriyar qalib gəlibsə və bunu tez bacarıbsa, deməli, hər şey düzgün edilmişdi.

- Ümumiyyətlə, Azərbaycan şahmatçılarından başqa siz ilk 10 lövhəyə digərinə nisbətən daha diqqətlə izləyirsinz? Hazırda hansı zəka sahibi daha çox xoşunuza gəlir?
- Burada hətta fikir bildirmək də olmur. Kimisə xüsusilə qeyd etmək çətindir. Çünki iştirakçıların sayı həddən artıq çoxdur, liderlər qrupu isə genişdir. Kimisə fərqləndirmək... Ayrı-ayrı parlaq oyunlar, gözlənilməz nəticələr var. Gürcüstanlı şahmatçıların biri, onun soyadı mənim yadımda qalmayıb, 0 alıb. Bundan öncə isə 5 mümkün xaldan 4-ünü toplamışdı. Əlbəttə ki, bu, məyusedicidir. Aydın məsələdir ki, bu onun performansına heç cür təsir etmir.

- Aydındır. Çətindir və bəlkə də hələ tezdir...
- Həm də tezdir.