10:08 29-03-2012
news_image
1313
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov oyuna yubanmasına aydınlıq gətirdi

Şəhriyar Məmmədyarov Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatının 8-ci turunda gürcüstanlı Şota Azaladze ilə görüşə gecikməsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, reytinqinə əsasən ölkəmizin və yarışın 2 nömrəli şahmatçısı olan həmyerlimiz matça elə də çox yubanmağını deyib.

Onun sözlərinə görə, cəmi 10 saniyə gecikib. Lakin təşkilatçılar turnirin “Zero Tolerance” qaydalarına əsaslanaraq, Məmmədyarova texniki məğlubiyyət verdiklərini bildiriblər. Yığmamızın kapitanı Vladimir Tukmakov isə bu qaydanı axmaq adlandırıb.

Qeyd edək ki, 6 turdan sonra ilk qələbəsini qazanan vaxt Tukmakov Şəhriyarın bundan sonra yarışda uğurlu çıxış edəcəyinə ümid etdiyini söyləmişdi.