15:22 29-03-2012
news_image

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Misirin Şarm Əl Şeyx şəhərində taekvondo üzrə gənclər arasında IX dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Gündüz Abdullayev və koreyalı mütəxəssis Sun Mi Park heyətə 14 idmançının adını daxil ediblər.

Bunlar Məcid Sofiyev (45 kq), Elmar Bədəlli (48 kq), Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (63 kq), Şamxal Əbilov (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq) və London-2012-yə lisenziya qazanmış Fəridə Əzizovadır (67 kq).

Qeyd edək ki, bu mötəbər yarışda Azərbaycanı həmçinin beynəlxalq dərəcəli hakimlər Oh Kvanq Çeol və Elşən Quliyev də təmsil edəcəklər. Martın 30-da səfərə yollanacaq komandamız vətənə aprelin 10-da dönəcək.

Turnirdən öncə isə Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclası keçiriləcək.