15:42 29-03-2012
news_image

Qəbələ toplanışına 30 nəfərlə

Apreldə taekvondo üzrə Azərbaycanın böyüklərdən ibarət yığması və Olimpiya seçmə komandasının növbəti təlim-məşq toplanışı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlığa 30-dək idmançı cəlb ediləcək.

Məşqlər Qəbələdəki “Qafqaz Sport Hotel”də olacaq. Təlim-məşq toplanışında əsas məqsəd mayda İngiltərənin Mançester şəhərində keçiriləcək Avropa çempionatına ciddi hazırlıqdır.

Qeyd edək ki, bu, həmçinin qitə birinciliyinə hazırlığın son mərhələsidir.