08:50 30-03-2012
news_image
1288
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Avropa çempionatını yarımçıq tərk etdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Plovdivdə keçirilən kişi şahmatçıların şəxsi Avropa çempionatında çıxışını vaxtından əvvəl başa vurub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qitənin ən möhtəşəm yarışında mübarizəni davam etdirməkdən imtinası ilə bağlı yazılı formada müraciət edib. Buna səbəb Şəhriyarın ardıcıl ikinci görüşdə texniki məğlubiyyət verilməsidir.

Belə ki, Məmmədyarov 8-ci matçında gürcüstanlı Şota Azaladze ilə duelə gecikdiyi, ardından 9-cu oyun günündə Alonso Rosel ilə vaxtından əvvəl – 40-cı gedişə qədər heç-heçəyə razılaşdığı üçün texniki məğlubiyyət alıb. Özü də bu dəfə onun rəqibi də eyni aqibətlə üzləşib. Plovdivdə 2-ci dəfə belə halın yaşanmasından inciyən qrossmeysterimiz çıxışını davam etdirməyi lazım bilməyib.

Qeyd edək ki, Şəhriyar ilk 6 turda heç-heçə edərək, 7-ci matçında qələbə qazanmışdı.