09:04 30-03-2012
news_image
1124
DİGƏR NÖVLƏR

Millimizin qapıçısı: O öldü, şirkətimiz dağıldı - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Andrey Tveryankin Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, 45 yaşı olmasına baxmayaraq hələ oynamasından, karyerasından bəhs edib.

- Maraqlıdır, qütb dairəsi arxasından futbolçu necə çıxır?
- Mən küçədə böyümüşəm. Həmyaşıdlarım zirzəmilərdə gitara çalıb, siqaret çəkir, dalaşırdılar. Əsasən böyüklər qızışdırırdı ki, kişi olduğunu sübut et. Biz də al-qana boyananadək dalaşırdıq. Özünü qoruya bilmədikdə ətrafındakılar səndən üz döndərirdi ki, bəs sən adam deyilsən. Sabahı düşünmədən yaşayırdıq. Sonra hərbi xidmət gəldi: Əsl kişilik məktəbi. Geri dönəndə əsl kişi idim.

- İdmana necə gəldiniz?
- 25 yaşına kimi voleybol üzrə SSRİ çempionatlarında Norilsk təmsilçisində çıxış etdim. Əsas işim isə mis zavodunda inşaatçı və kranın sürücüsü olmaq idi. Şəhərdə hamı bilir ki, “Norilsk” restoranının daşlarını mən qoymuşam.

- Mini-futbola necə keçdiniz?
- Kombinat rəhbərliyi mənə həvəskarlardan peşəkarlığa keçmək təklif etdi. 1992-ci ildə “Norilsk Nikel” yerlilərdən təşkil olunmuşdu. 10 il sonra artıq Avropanın ən imkanlı klublarından biri olan komandamızda yeganə yerli mən idim. Həmin möhtəşəm mövsümün sayəsində qapıçılar arasında başı keçəl qırxdırmağı və əlcəksiz oynamağı dəbə saldım.

- 45 yaşınız var. Hələ də oynamağınız nə ilə bağlıdır?
- Heç yerim ağrımır. 10 ildir insanları başa salmağa məcburam ki, niyə getmirəm. Buna səbəb görmürəm. Daha perspektivli iş yeri yoxdur. Dostumla taksi biznesinə girişmişdik. O öldü, şirkət dağıldı. Yüksək ödənişli iş təklifi almıram. Oynamaqdan xoşum gəlir. Daim sürprizlərlə üzləşirəm, hətta avrokubokun mükafatçısı da oluram.

- İndi UEFA da yaşınızın çoxluğunu xatırlayıb...
- Hələ 90-cı illərdə Rusiya yığmasının məşqçiləri mənə qoca və perspektivsiz kimi baxırdı. Voleyboldan gəldiyimi vurğulayıb “heç diplomu da yoxdur” deyirdilər. Əvəzində Azərbaycan yığmasın maraq dairəsinə düşdüm. Tezliklə vətəndaşlıq işini həll etdilər. Bundan sonra uğurlar başladı. Autsayderliyə məhsul olunmuş yığma 2010-cu ildə Avropa çempionatının ilk “dördlüy”ündə yer aldı.

- Hələ də karyeranızı bitirməyi düşünmürsünüz?
- Mən hələ çox döyüşəcəyəm. Lap gəncliyimdəki kimi. Yenə də əlcəksiz.