11:06 30-03-2012
news_image
1539
STOLÜSTÜ OYUNLAR

“Məndə hər 4 ildən bir belə olur və bunu faciə saymıram” - MÜSAHİBƏ

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Plovdivdə keçirilən kişi şahmatçıların şəxsi Avropa çempionatında çıxışını yarımçıq dayandırdıqdan sonra Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qitənin ən möhtəşəm yarışında iştirakından və turnirdən imtinasının səbəblərindən danışıb.

- Şəhriyar, bütün bu hadisələri necə yaşadınız? Əvvəl 6 heç-heçə, sonra qələbə, ardından bu üzücü məğlubiyyətlər... Görüşə niyə görə gecikmişdiniz?
- Belə deyək ki, bu turnir mənim üçün heç alınmadı. Sadəcə, birinci və üçüncü turda mən ağ fiqurlarla rəqibi udmalı idim. Qələbə üçün bütün şanslarım var idi. Lakin qalib gəlmədim. Onda başa düşdüm ki, ağlarla 2 dəfə dalbadal 2450, 2500 reytinqli, yəni mənim reytinqimdən 250 xal aşağı olan rəqibləri udmamaq... 2 dəfə də böyük üstünlüyə malik idim. Üçüncü oyun haqqında heç danışmıram. Tamamilə uduş vəziyyətində qalib gəlmədim. O matçda 2 piyadam artıq idi və hətta hansısa anda fikirləşirdim ki, rəqib təslim olmaq istəyir. Mən isə bu vəziyyətdə heç-heçə oynadım. Sonra belə deyək ki, mən ruhdan düşdüm. Ona görə ki, bu cür oyunu uda bilmədim. Bundan sonra anladım ki, mənə çətin olacaq. Daha sonra 5-ci turda reytinqi 2300 xal olan rəqibi də məğlub edə bilmədim. Necə də olsa insanlar şahmat oynayır, bunu hamı bacarır. Hansısa səhv edəndə ondan bundan dərhal istifadə edir və heç-heçə edirlər. Yaxud da... İndi hamı şahmatı yaxşı oynayır, udmaq çətindir. Sonra 7-ci turda yaxşı qələbə qazandım və növbəti oyunumda da çox ciddi mübarizəyə hazır idim. Çünki bu yeganə şans idi - +5 uğrunda mübarizəni davam etdirmək üçün qalib gəlməliydim. Lakin həmin günü dostum – o, mənə gündə zəng edir, nahardan, yaxud oyundan qabaq. İlk günlərdə zəngli saatı oyun başlamazdan əvvələ qoyurdum. Həmin gün isə onu qurmamışdım. Fikirləşirdim ki, dostum mənə hər gün zəng edib və yenə də zəng edəcək. O zəng etmədi. Mən isə təsadüfən yuxudan oynanıb gördüm ki, görüşün başlamasına lap az vaxt qalıb. Demək olar ki, oyunun startına çatdım, lakin zala girib görəndə kimsə birinci gedişi artıq edib, başa düşdüm ki, təxminən 10 saniyə gecikmişəm. Bundan sonra zala da girmədim və hakimlərə də bildirdim ki, uduzmağım aydındır.

- Bəs 8-ci turda nə baş verdi?
- Mən yenə texniki məğlubiyyət aldım. Oyunun gedişində heç-heçə vəziyyəti yaranmışdı. Daha doğrusu heç-heçə yox, tam bərabər idi. Bilirsiz, mənə elə gəlir ki, fikirləşəndə artıq hər şey bitib, heç-heçədir, özünü oynamağa məcbur etmək çətindir. Mən super turnirlərdə oynayıram və orada Sofiya qaydalarının, geyinmək qaydasının olması normaldır. Bütün bu qanunlar çox ciddidir və mənim onlara münasibətim çox yaxşıdır. Çünki bununla pul qazanırsan, sənin üçün çox yaxşı şərait yaradılır və sən də rejimə riayət etməlisən. Burada isə elə alınır ki, bütün şahmatçılar praktiki olaraq öz hesabına gəlir və turnirdə oynayırsan hər şey çox pis alınır... Hansısa anda başa düşürsən ki, vəziyyətin pisdir, uduza bilərsən, sənin isə heç-heçə təklif etmək şansın var. Fikirləşirsən, rəqib sənin reytinqinə görə buna razılaşacaq. Fərz edək ki, rəqibin vəziyyəti sənin kimi qiymətləndirə bilmədiyinə görə razılaşa bilər. Belə də olur ki, heç-heçə təklif olunur. Əvvəllər məndə tez-tez belə olurdu ki, uduzulmuş vəziyyətlərdə heç-heçə təklif edirdim və rəqib razılaşırdı. Mən də sevinirdim ki, bu cür üsulla bir çox oyunu xilas etdim. Burada da həmin şey baş verdi. Vəziyyət xoşuma gəlmirdi, fikirləşirdim ki, bu, heç-heçədir. Lakin nəticədə 0 alındı. Prinsipcə, mən bilirdim ki, yəqin məğlubiyyət olacaq. Amma məndə hər şey elə pis alınırdı ki, buna hətta xüsusi diqqət də yetirmədim.

- Lakin buna digər tərəfdən baxsaq, özünü təşkilatçıların yerində təsəvvür et. Təəssüf ki, qaydalar var. Bəlkə də onlar ən yaxşı deyil. Lakin FİDE tərəfindən təsdiq olunub. Bu qaydalar Avropa çempionatında da tətbiq olunur və təşkilatçılar onları icra eyməyə məcburdur. Siz nə təklif edirsiz? Bu münaqişələr şahmatda yaranmasın deyə nə etmək lazımdır?
- Sofiya qaydaları Bolqarıstan tərəfindən tətbiq edilib və bu turnirdə mütləq riayət olunan bir şeydir. Super turnirdə oynayanda hamıya aydındır ki... Məsələn, sponsor pul verir və 2 super qrossmeyster 5-10 gediş edib, heç-heçəyə razılaşıb, durub gedər. Bu çox üzücüdür. Çünki insanlar pul verir zala gəlib oyuna baxırlar. Burada isə, misal üçün bir çox oyunlar heç kimə maraqlı deyildi. O cümlədən mənim oyunum onlaynda yoxdur, heç nə yoxdur. İnsanlar ümumiyyətlə baxmırlar. Mənə elə gəlir ki... Bir daha deyirəm ki, 40 gediş lap çoxdur. Fikrimcə, 30 gediş etmək lazımdır. 40 isə ümumiyyətlə artıqdır. Çünki 40 gediş bir oyundur. 40 gedişə oyunların çoxu bitir. Mən həmişə Sofiya qaydaları ilə razı olmuşam, lakin yalnız super turnirlərdə, super səviyyədə. Çünki super turnirdə oyunların sayı çox azdır və mübarizə göz qabağında olanda bu hamının xoşuna gəlir. Burada isə 180 cütlük var, iştirakçıların sayı 300-dən artıqdır. Bu axı həddən artıq çoxdur. Bir çox görüşlər ümumiyyətlə heç kim diqqət yetirmir. Onlar oynamaq istəmirlər. Bəzən elə heç-heçələr edirlər ki, baxanlar fikirləşir ki... Bilmirəm. Bəzən isə özünü sadəcə bu vəziyyətdə, yəni istəmədən oynamağa, heç-heçəyə nail olmağa məcbur edirsən. Bəzən də elə gülməli şəkildə gedişləri təkrarlayırlar ki... Onlar özünü sadəcə vəziyyəti təkrar etməyə məcbur edirlər. Həmin oyunçular heç-heçəyə razılaşırlar və onlara isə deyirlər ki, “2-3 gediş elə”. Axı bunun şahmata xeyri yoxdur. Bu, mübarizə deyil, hətta belə şeylər başlayır ki, oyunçular öz arasında danışırlar ki, necə xalları yarı bölsünlər. Bu axı sadəcə...

- Yeri gəlmişkən, bu, qadağandır....
- Bəli, oyun zamanı bunu etmək olmaz. Oyunçular təklif edir, kimlərsə razılaşır. Nə vaxtsa bir neçə gediş edərik, bunu sonradan təkrarlayarıq. Bu super turnir üçün çox yaxşıdır. Mən böyük məmnuniyyətlə bunu başa düşürəm və qəbul edirəm. Ancaq mənə elə gəlir ki, çoxlu, müxtəlif səviyyəli şahmatçıların oynadıqları belə turnirdə 30 gediş hələ etmək olar. 40 isə həddən artıq çoxdur. Bir daha deyirəm ki, oyunçuların 5-10 gediş etməyinə baxdıqda, bu çox darıxdırıcıdır. Mən həmişə bunun əleyhinə olmuşam və heç vaxt da belə oynamamışam. Ona görə də hesab edirəm ki, bu qayda yaxşıdır. Ancaq məncə, hansısa anlarda çətindir.

- Siz bir səbəb kimi onu göstərdiniz ki, super turnirlərə sponsorlar pullar qoyurlar. Ancaq Avropa çempionatında da prinsipcə mükafat fondu pis deyil?
- Yox, super turnirlərdə iştirakçılar pul qazanırlar. Ancaq mənə elə gəlir ki, burada bütün iştirakçılar hələ xərcləyirlər. Bura gəlmək üçün öz ciblərindən xərcləyirlər. Təyyarə, otel xərclərini öz üzərlərinə götürürlər. Əgər hətta kiməsə nazirlik kömək edirsə, istənilən halda burada heç kim pul qazanmır. Heç kimdə də zəmanət yoxdur ki, pul qazanacaq. Super turnir isə tamam başqa şeydir. Sən rəsmi dəvətlə gəlirsən, sənə hər cür şərait yaradırlar... Bir daha deyirəm ki, super turnirlərdə Sofiya qaydaları çox xoşuma gəlir. Ancaq buradakını başa düşmək bir qədər çətindir.

- Sizin əziyyət çəkdiyiniz gecikmə qaydasını düzgün sayırsız? Sadəcə elə vəziyyətlər olur ki, bu elə də yaxşı alınmır, yoxsa bundan da imtina etmək olardı?
- Mən sizə deyim ki, həyatımda ilk dəfə oyuna gecikdim. Təsəvvür edin ki, futbol üzrə Çempionlar Liqası 23:45-də başlayır, hansısa oyunçu matça gecikir. Axı belə olmur. Futbolçu necə matça gecikə bilər? Yaxud karate üzrə dünya çempionatına heç kim gecikə bilməz. Şahmat da idman növüdür. Bu mənada mən bir az gecikdim. Ancaq hətta gileylənmədim, heç bir söz demədim. Çünki gecikdim və texniki məğlubiyyət aldır.

- Bununla razısız?
- Əlbəttə, bununla peşəkar səviyyədə razıyam. Ancaq hər halda şahmat da idmandır. Mənə elə gəlir ki, 15 dəqiqə verilsəydi, əla olardı. Ancaq digər tərəfi də var. Məsələn, jurnalistlərə 5 dəqiqə foto çəkməyə rəsmən icazə verirlər.

- 5-10 dəqiqə, çox yox...
- Hə, ancaq 15 dəqiqə olsaydı...

- Onda hamı gecikməyə başlayacaqdı...
- Elədir, şahmatçılar hələ buna uyğunlaşmayıblar. Biz istədiyimiz vaxt oyunlara gecikməyə adət etmişik. Elə vaxt olub ki, oyunçu 40-45 dəqiqə gecikib. Sonda istənilən halda gələrək qalib gəlib. Əgər peşəkarcasına baxsaq, bu, normal ola bilər. Ona görə də digər idman növlərində gecikməyə icazə verilmir.

- Belə alındı ki, turnir sizin üçün artıq bitdi. Özü də heç də yaxşı olmayan formada. İndi mənəvi cəhətdən necə bərpa olunacaqsız?
- Mənim elə turnirlərim olub ki, çox pis oynamışam. Hər 4 ildən bir məndə belə olur və bunu faciə saymıram. Əgər Sofiya qaydalarını və gecikməni nəzərə almasaq, mən heç bir oyunu uduzmadım. Belə deyək ki, elə də güclü rəqiblərlə oynamırdım. Əlbəttə, turnir mənim üçün heç alınmadı. Öz gedişlərimə baxıb, bunu təhlil edəcəyəm. Mən bundan heç vaxt faciə düzəltmirəm. Bunu normal qəbul edib, hazırlaşmağa davam edəcəyəm. Sadəcə növbəti dəfə Avropa çempionatında çıxış etdiyim zaman, buna belə deyək, daha ciddi yanaşacağam.