11:48 30-03-2012
news_image
2102
STOLÜSTÜ OYUNLAR

Daha bir həmyerlimiz Avropa çempionatında qalmaqal yaratdı

Avropa çempionatında çıxış edən daha bir azərbaycanlı qrossmeyster – Eltac Səfərli də təşkilatçıların qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, Plovdivdə keçirilən şəxsi yarışın 8-ci turunda Eltac komanda yoldaşı Şəhriyar Məmmədyarovun aqibətini yaşayıb.

Belə ki, Səfərli də israilli rəqibi Tal Baronla 40-cı gedişədək heç-heçəyə razılaşdığından onların hər ikisinə texniki məğlubiyyət verilib. Qaydalarda isə dəqiq yazılıb ki, 40-cı gedişədək xalları yarı bölməklə bağlı danışıq qadağandır və onlar hakimi də çağırmayıblar. Buna baxmayaraq, görüşlə bağlı apelyasiya şikayəti verilib.

Qeyd edək ki, Məmmədyarov da eyni turda 40-cı gedişədək heç-heçəyə razılaşdığından texniki məğlubiyyət almışdı. Ardınca isə təmsilçimiz Avropa çempionatını yarımçıq dayandırmağa qərar vermişdi.