13:04 02-04-2012
news_image
1639
DÖYÜŞ NÖVLƏRİ

Həbsdən çıxan məşhur boksçumuz almanlarla müqavilə bağladı

Yeddi illik həbs cəzası çəkdikdən sonra bu ilin yanvarında azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən idmana qayıdıb. Apasport.az saytının məlumatına görə, bu günlərdə Almaniyanın “LBN Boxpromotion” şirkətiylə iki illik müqaviləyə imza atan Məmmədov artıq məşqlərə start verib.

May ayda Fariz Məmmədovun Almaniyada bir döyüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Fariz Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion adını qazanıb. 2005-ci ilin yanvarında həbs olunan idmançı bu ilin yanvarında azadlığa buraxılıb.