12:33 03-04-2012
news_image
1287
STOLÜSTÜ OYUNLAR

SOCAR rəsmən iddiaçıların turnirinin sponsoru oldu

Bu gün Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə FİDE arasında müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, “Hilton” otelində keçirilən tədbirdə 2 sənədə qol çəkilib.

Tərəflər əməkdaşlıqla bağlı saziş bağlayıblar ki, bunu AŞF-la FİDE-nin prezidentləri – Elman Rüstəmovla ölkəmizə səfər edən Kirsan İlyumjinov reallaşdırıb. 2013-cü ilin martında Londonda şahmat tacı uğrunda iddiaçılar arasında keçiriləcək turnirinin sponsorluğu barədə saziş da imzalanıb. Həmin sənədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə “Aqon Limited” şirkətinin rəhbəri Endryu Polson qol çəkib.

Qeyd edək ki, turnirin təşkilatçısı iş adamı Endryu Polson tərəfindən yaradılan “Aqon” şirkətidir. FİDE ona kişilər arasında növbəti dünya çempionatının yaxın mərhələlərinin də keçirilməsinin bütün hüquqlarını da həvalə edib.