23:01 03-04-2012
news_image

Millimizin Şarm Əl-Şeyx sınağı

Bu gün Misirin Şarm Əl-Şeyx şəhərində gənc taekvaondoçuların dünya birinciliyinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, aprelin 8-dək davam edəcək birincilikdə baş məşqçi Gündüz Abdullayev və koreyalı mütəxəsis Sun Mi Parkın rəhbərliyi altında Azərbaycanın gənclərdən ibarət taekvondo yığması da mübarizə aparacaq.

5 günlük yarışda ölkəmizi oğlanlardan Məcid Sofiyev (45 kq), Elmar Bədəlli (48 kq), Ruslan Abbasov (51 kq), Hicat Əliyev (63 kq), Şamxal Əbilov (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq) və Seyidəzim Məmmədov (+78 kq), qızlardansa Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi təmsil edəcək.