12:12 04-04-2012
news_image
1268
STOLÜSTÜ OYUNLAR

Vaxt dəyişdi, 2 ulduz parladı

Şahmat tacı uğrunda iddiaçıların turnirinin vaxtının dəyişməsi Azərbaycanın SOCAR klubunun işinə yarayıb. Apasport.az saytının məlumatına görə, məhz bu turnirin 2013-cü ilin martında olması səbəbindən dünya şahmatının aparıcı üzvləri – Teymur Rəcəbov (Azərbaycan) və Aleksandr Qrişuk (Rusiya) yenidən Bakı klubuna kömək edəcəklər.

Onların SOCAR-da iştirakları dəqiqləşməklə, klubda yer alan şahmatçıların sayı 7-yə çatıb. Rəcəbov və Qrişukla yanaşı, komandamızın şərəfini Şəhriyar Məmmədyarov, Veselin Topalov, Qata Kamski, Emil Sutovski və Eltac Səfərli qoruyacaqlar. Sonuncu – 8-ci zəka sahibinin də legioner olması gözlənilir.

Qeyd edək ki, əvvəlcə klublararası Avropa çempionatı ilə iddiaçıların turnirinin keçirilmə vaxtı arasında az fərq olduğundan Rəcəbovla Qrişuk Avropa çempionatında SOCAR-a kömək edə bilməyəcəkdi.