18:00 05-04-2012
news_image
1058
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli Avropa çempionatına aparılmır

Apreldə Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək cüdo üzrə Avropa çempionatına yollanacaq Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, aprelin 26-29-da keçiriləcək yarışda yığmamız 10 cüdoçu ilə təmsil olunacaq.

Baş məşqçi Ağayar Axundzadə çempionatda Orxan Səfərov (60 kq), Tərlan Kərimov, Nicat Şıxalizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov, Timur Əlixanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovaya (63 kq) güvənəcək. O, Çelyabinskə yollanacaq heyətə Olimpiya çempionu Elnur Məmmədli (81 kq) və İlqar Müşkiyevin (60 kq) adını daxil etməyib. Onlar fərdi proqramla hazırlıqlarını davam etdirirlər.