15:39 09-04-2012
news_image
946
DİGƏR NÖVLƏR

Azərbaycanda cıdır-şans totalizator oyunları təşkil olunacaq

Bu gün aprelin 15-də startı veriləcək yeni Cıdır mövsümünün açılışı ilə bağlı Binə Atçılıq Mərkəzində mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev, ölkəmizdə 2010-cu ildən keçirilən Cıdır yarışlarının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Artıq bu mövsümdən etibarən respublikamızda cıdır-şans totalizator oyunlarının təşkil olunacağı da qeyd olunub: “Bununla bağlı bütün lazımı tədbirlərin həyata keçirilib”.

Cıdır-şans totalizator oyunlarının təşkilatçıları bu yolla Azərbaycanda atçılıq idman növünün daha da inkişaf etdirilməsinə nail olmaq istədiklərini bildiriblər. Federasiyanın gələcək planları haqda da danışan Nəbiyev, son zamanlar Azərbaycanda bu idman növünün sürətlə inkişaf etdiyini də deyib: “İnfrastruktur güclənir. Fatmai qəsəbəsində inşa olunan 86 hektarlıq Atçılıq Mərkəzinin tezliklə istifadəyə veriləcək. 2012-ci ildə Azərbaycanda 9 beynəlxalq turnir keçirməyi planlaşdırırıq.