14:25 11-04-2012
news_image
1455
STOLÜSTÜ OYUNLAR

Məşhur şahmatçılar Naxçıvana gəlir

Naxçıvanda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin keçirilmə vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, aprelin 27-də start götürəcək yarışa mayın 7-də yekun vurulacaq.

Turnirdə əsas yarışa reytinqi kişilərdə 2250-dən, qadınlarda isə 2100-də aşağı olmayanlar buraxılacaq. Məşhur şahmatçıların qatılacağı birincilikdə ilk 30 yeri tutanla pul mükafatına layiq görüləcəklər. Qalib 6000 min, 30-cu yerin sahibi 250 ABŞ dolları qazanacaq.

Qeyd edək ki, ötən il “Naxçıvan-Open” adlandırılan turnir 2011-ci ilin ən yaxşılarından sayılıb və onun qalib ukraynalı Anton Korobov olmuşdu.