23:01 13-04-2012
news_image
1087
DİGƏR NÖVLƏR

Millimiz Polşaya uduzdu

Ukraynanın paytaxtı Kiyevdə qılıncoynatma (sablya, şpaqa, rapira) üzrə keçirilən komandalararası dünya çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, heyətində Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova bacıların yer aldığı sablya yığmamız 1/8 finalda Polşaya 37:45 hesabla uduzaraq, çıxışını 10-cu pillədə bitirib.