23:00 14-04-2012
news_image

Hava limanı yığmamızın planlarını dəyişdi

Türkiyənin Trabzon şəhərində aprelin 14-də keçirilməli olan boks üzrə Avropa Olimpiya təsnifat yarışı təxirə salınıb. Apasport.az saytının xəbərinə görə, aprelin 13-də Trabzonda güclü duman olduğundan hava limanı təyyarələri qəbul etməyib.

Bu səbəbdən bir çox komandalar yarış yerinə vaxtında çata bilməyiblər. Təşkilat komitəsi turnirin açılış mərasimi və ilkin döyüşlərini bir gün sonraya – aprelin 15-ə keçirib. Püşkatma mərasimi də bazar günü olacaq.
Azərbaycan milli komandası Türkiyəyə aprelin 14-də gəlib.

Qeyd edək ki, ölkəmizi Trabzonda 5 boksçu – Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullaye (69 kq) və Vətən Hüseynli (81 kq) təmsil edəcəklər.