17:41 15-04-2012
news_image
490
FUTBOL

Bernhard Raab arxada qalan oyunları xatırladı

“İkinci dövrədə ilk qələbəmizi qazandıq. Bu qələbə bizə çox lazım idi”. Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın XXVIII turunda “Kəpəz”lə matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın ikinci dövrəsində ilk qələbələrinə münasibət bildirib: “Son iki oyunda bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. Gələn oyunlarda da qələbə qazanmağa çalışacağıq. Futbolçuların özünə inamı baxımından bu gün vacib qələbə qazandıq”.

Qeyd edək ki, “Sumqayıt” rəqibini 2:0 hesabı ilə məğlub edib.