21:41 17-04-2012
news_image
668
DİGƏR NÖVLƏR

Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb. Apasport.az saytının xəbərinə görə,sərəncamda qeyd olunur ki, Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə yubiley tədbirləri planı hazırlayıb həyata keçirmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

2012-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur.
AzərTac