21:46 17-04-2012
news_image
1135
DÖYÜŞ NÖVLƏRİ

Kəmaləddin Heydərov Trabzonda İsayevin döyüşünü izlədi

Azərbaycan Boks Federasiyasının prezidenti (ABF) Kəmaləddin Heydərov Türkiyəyə yollanıb. ABF-nin mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, Trabzon şəhərinə gələn Heydərov lisenziya xarakterli turniri izləyib.

O, 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayevin türkiyəli Fateh Keleşlə döyüşünü izləyib.

Qeyd edək ki, boksçumuz yerli idmançıya 2 xal fərqlə 16:18 hesabıyla uduzub.