14:23 19-04-2012
news_image
976
DİGƏR NÖVLƏR

Ukrayna Bakıda Olimpiya Oyunları üçün idman kompleksinin tikintisinə maraq göstərir

Ukrayna Bakıda Olimpiya Oyunları üçün idman kompleksinin tikintisinə maraq göstərir. APA-nın məlumatına görə, bu barədə Bakıda keçirdiyi brifinqdə Ukrayna Ali Radasının rəhbəri Vladimir Litvin bildirib.

“Bundan başqa prezident İlham Əliyevin Ukrayna şirkətlərinin Bakıda metro tikintisinə cəlb olunmasına dair göstərişi var, çünki bizim bu sahədə təcrübəmiz, peşəkar kadrlarımız var. Biz həmçinin stadionlar və idman qurğuları kimi iri obyektlərin tikintisində iştiraka maraq göstəririk. Azərbaycan təqribən 1 milyard dollar dəyərində idman kompleksi tikmək istəyir. Əgər Ukrayna bu kompleksin tikilməsinə cəlb olunsa, burada hər iki tərəf üçün sərfəli əməkdaşlıq olar”.