08:35 20-04-2012
news_image
523
DİGƏR NÖVLƏR

İradə Aşumovaya yaraşmayan nəticə

Londonda atıcılıq üzrə keçirilən Olimpiya test yarışlarının ilk qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin birinci günü Azərbaycan yığmasının üzvü İradə Aşumova hədəfə önünə çıxıb.

Təəssüf ki, Olimpiadaya lisenziyanı təmin etmiş idmançımız mükafatçılar sırasına düşə bilməyib. O, 10 metr məsafəyə atəş açmada 371 xalla 68-ci yeri tutub.

Qeyd edək ki, aprelin 29-na kimi davam edəcək yarışda yığmamızın digər üzvləri növbəti günlərdə mübarizəyə qoşulacaqlar.