23:01 20-04-2012
news_image

Vətən Hüseynli: Dəqiq zərbə vurmaq çətin idi

“Çox sevincliyəm ki, London Yay Olimpiya Oyunlarına lisenziyaya sahib oldum”. Apasport.az saytının xəbərinə görə, bunu Trabzonda keçirilən beynəlxalq turnirdə London-2012-yə vəsiqə qazanan boksçumuz Vətən Hüseynli deyib.

Əsas məqsədlərindən birinə çatdığını deyən idmançımız Londonda da ölkəmizi layiqincə təmsil etməyə çalışacağını bildirib: “İngilis idmançı ilə döyüşüm ağır keçdi. Amma buna baxmayaraq, qələbə qazana bildim. 1/4 final mərhələsində fransalı Bouheniyayla daha yaxşı döyüşmüşdüm.

Bu dəfə rəqibim də qapalı döyüşürdü, ona görə də dəqiq zərbə vurmaq çətin idi. Nəhayət ki, məqsədimə çatdım. Çalışacam ki, Olimpiya oyunlarında da Azərbaycanın bayrağını yüksəldim, ölkəmi layiqincə təmsil edim”.