23:01 21-04-2012
news_image
1179
DÖYÜŞ NÖVLƏRİ

Güləşçilərimizdən növbəti lisenziya

Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində ikinci gün güləşçilərimiz daha bir lisenziya qazandı. Apasport.az saytının xəbərinə görə, yığmamızın hesabına bu lisenziyanı 60 kq çəkidə dərəcəsində yunan-Roma güləşçisi Kamran Məmmədov qazandırıb.

Məmmədov ardıcıl olaraq Belarus, Norveç və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib və bununla, Olimpiya lisenziyasını təmin edib. Finalda isə Finlandiyalı rəqibi üzərində inamlı qələbə qazanaraq turniri qalib kimi tamamlayıb. Bütün bu görüşlər zamanı rəqiblərindən ümumilikdə 13 xal alan Kamran Məmmədov heç bir rəqibinə xal verməyib.

Xatırladaq ki, ilk gün keçirilən görüşlərdə sərbəst güləş yığmamızın üzvü 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov da bütün rəqiblərindən üstün olmuş, həm Olimpiadaya lisenziya qazanmış, həm də turniri qalib kimi başa vurmuşdu.

Beləliklə, bu günə qədər güləşçilərimiz Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 9 lisenziya qazanıb.

Sərbəst güləş - Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Cəmaləddin Məhəmmədov (120 kq)

Yunan-Roma güləşi - Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Saman Təhmasibi (84 kq)

Qadın güləşi - Mariya Stadnik (48 kq)

Bir neçə gündən sonra, daha dəqiq desək, 27-29 aprel tarixlərində Çin Xalq Respublikasının Taiyuan şəhərində, 4-6 may tarixlərində isə, Finlandiyanın Helsinki şəhərində Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya təsnifat turnirləri keçiriləcək.