12:49 23-04-2012
news_image
646
DİGƏR NÖVLƏR

Yığmamızın uğursuz çıxışı davam edir

Londonda atıcılıq üzrə keçirilən Olimpiya test yarışları davam edir. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvlər hələ medal üzünə həsrətdirlər.

Belə ki, 10 metr məsafəyə atəşaçmada 68-ci olan İradə Aşumova 25 m məsafəyə atəş açmada 26-cı yeri tutub. Digər güllə atıcımı Ruslan Lunyov isə 43-cü pillədə qərarlaşıb (10 m).

Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftahətdinova 13-cü, Emin Cəfərov 54-cü olub.

Qeyd edək ki, yarış aprelin 29-na kimi davam edəcək.